Rusiya və Gürcüstan əlaqələri bərpa etdi
Baxılıb: 983 Tarix: 16-11-2026 10:36

Moskva Gürcüstanın Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə təmas qurub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məluymat yayıb.
“Georgi Zurabaşvili ilə əlaqə yaradılıb. Onun Rusiya tərəfdən həmsöhbəti müəyyənləşdirilib. Bu, Cənubi Qafqaz istiqamətinə kuratorluq edən xarici işlər nazirinin müavini Mixail Qaluzindir. Rusiya Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasının tərəfdarı kimi çıxış edir”, - məlumatda deyilib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 21-də Zurabaşvilini baş nazirin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















