Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bezosun boşanmağına Tramp səbəb olub? – Şok araşdırma

Baxılıb: 622     Tarix: 11-01-2019 13:03   

ABŞ Prezidenti Donald Trampın sevgililəri ilə sərgüzəştlərini gizli saxlayan “National Enquirer” nəşri “Amazon” şirkətinin təsisçisi Cef Bezosla bağlı araşdırma aparıb.
Qanunvehedef.az xəbər verir ki, bu ifadə CNN nəşrinin sözügedən araşdırma ilə bağlı materialında yer alıb.
“ABŞ-ın 5 ştatında Bezos izlənilib. Nəticədə Bezosun sevgilisini 65 milyon dollarlıq şəxsi təyyarədə gəzdirdiyi məlum olub. Məhz bu araşdırma Bezosun həyat yoldaşından boşanmasına səbəb olub. Bezosun şəxsiyyətinə bu cür diqqətli yanaşmaya səbəb dəfələrlə onun ünvanına tənqidlər səsləndirən ABŞ Prezidenti Donald Tramp da ola bilər. Bu yolla nəşr yəqin ki, ona dəstək verib”, - CNN bildirib.
Qeyd edək ki, “National Enquirer” nəşri ABŞ Prezidenti Donald Trampın eşq macəralarını gizlətməkdə ittiham olunur. CNN isə mütəmadi olaraq ABŞ Prezidenti Donald Tramp tərəfindən saxta xəbərlər hazırlamaqda şübhəli bilinir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar