Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ Türkiyə sərhədlərinə yeni ordu göndərdi - 2000 əsgər Fəratın şərqində...

Baxılıb: 633     Tarix: 28-01-2019 13:37   

ABŞ Suriyadan çəkəcəyi Pentaqon qüvvələrinə dəstək məqsədilə 600-ə yaxın əsgəri bölgəyə göndərib.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Suriyadakı yerli qaynaqlar informasiya yayıb.
Xəbərə görə, 600 ABŞ əsgəri dünən Fərat çayının şərq sahilindəki Xarab İşq və Sirrin aviabazasına çatıb. Onlar qruplar şəklində bazalara göndəriləcək. Təxliyənin başlanacağı təqdirində sözügedən hərbi bazalar ana təxliyə mərkəzi olacaq. Haseki bölgəsinin şimal-şərqindəki Rümeylan və şimalındakı Təl-Beydərdəki bazalar isə ağır malların hava yolu ilə daşınma mərkəzi müəyyən edilib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ötən həftə Suriyadan hərbi qüvvələrinin geri çəkilmə prosesinə dəstək olmaq üçün əlavə qüvvə göndərəcəyini açıqlamışdı. Buna səbəb əməliyyatların təhlükəsizliyini təmin etməkdir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında Suriyada xidmət edən ABŞ əsgərlərinin İŞİD terror təşkilatı ilə mübarizəni sona çatdırdığını və buna görə artıq evlərinə qayıda biləcəklərini açıqlamışdı. O daha sonra qüvvələrin yavaş və təhlükəsiz plana uyğun ölkədən çıxarılacağını bildirmişdi. ABŞ qüvvələrini geri çəkdikdən sonra bölgədəki müttəfiqləri olan PKK/YPG qruplaşmalarına qarşı əməliyyat keçirməməsi üçün Türkiyədən söz verməsini istəmişdi. Türkiyə isə terrorçuların qorunması tələbinə qarşı çıxmışdı.
YPG/PKK-nın nəzarətindəki bölgələrdə ABŞ-ın 18 hərbi bazası və 2000-ə yaxın əsgəri var.шаблоны для dle 11.2