Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ən təhlükəsiz ölkələrin siyahısı açıqlandı

Baxılıb: 425     Tarix: 30-01-2019 12:30   
“Qlobal Finans” jurnalı ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.
Qanunvehedef.az xəbər verir ki, jurnalın hazırladığı siyahıda 128 ölkənin adı yer alıb. Reytinqin tərtib edilməsi zamanı daha çox silahlı konflikt yaranma ehtimalı, vətəndaşların şəxsi təhlükəsizlik səviyyəsi, həmçinin təbii fəlakət yaranma riskləri, terrorizm, cinayətkarlıq səviyyəsi əsas götürülüb.
Hazırlanan reytinqdə ən təhlükəsiz ölkə olaraq İslandiya seçilib. İlk onluqda İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya yer alıb.
Ən təhlükəli ölkə olaraq Qvatemal, Yəmən və Filippin seçilib.
İran 77-ci, Türkiyə 107-ci pillədə göstərilib.
MDB məkanındakı ən təhlükəsiz ölkə Qazaxıstan seçilib. Astana siyahıda 44-cü pillədə qərarlaşıb. Sonrakı yerdə Moldova (46), Ermənistan (62), Tacikistan (68), Azərbaycan (71), Qırğızıstan (89), Rusiya (108), Ukrayna (116) özünə yer edib.
Türkmənistan və Özbəkistan reytinq cədvəlinə daxil edilməyib.



{sape_links}{sape_article}