Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zaxarova: Qüds hər iki ölkənin paytaxtı olmalıdır

Baxılıb: 669     Tarix: 16-05-2018 17:30   
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın qərarı ilə başlanan münaqişəyə xarici siyasət idarəsinin rəsmi mövqeyini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, Zaxarovanın sözlərin görə, hətta ABŞ-ın İsraildəki səfirliyinin Qüdsdə açılmasına baxmayaraq, bu ərazi hər iki ölkənin paytaxtı olmalıdır.
O bildirib ki, ABŞ-ın Qüdslə bağlı birtərəfli qərar hüquqi əhəmiyyət daşımır, çünki üç dinin beşiyi olan bu şəhər İsrail və Fələstinin birgə paytaxtı olmalıdır:
“Ancaq bu kompromis Yaxın Şərqdə sülhün saxlanılmasına səbəb ola bilər. Rusiya onilliklər ərzində dəstəklənmiş status-kvonun saxlanılmasının tərəfdarıdır. Problemi birtərəfli formada həll etmək olmaz”.
Zaxarova qeyd edib ki, bölgədəki gərginliyin artması mənfi nəticələrə səbəb ola bilər.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar