Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazarbayev xeyir-dua verdi: Amerikanın hərbi yükləri Azərbaycandan keçəcək

Baxılıb: 551     Tarix: 20-05-2018 19:06   

Bir neçə ay öncə məlum oldu ki, son mənzili Əfqanıstan olan Amerikanın xüsusi yükü Azərbaycan ərazisindən keçəcək.
Qanunvehedef.az  virtualaz.org-a istinadən bildirir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdurəhmanov demişdi.
Elə həmin vaxt da söz-söhbət gəzməyə başladı ki, Qazaxıstanın Xəzər dənizindəki limanlarında Amerikanın hərbi bazaları peyda olacaq. Qazaxıstanın Rusiyadakı səfirliyində bu məlumatları "qeyri-səhih" adlandırmışdılar.
Diplomatik nümayəndəlik bəyan etmişdi ki, bu cür söhbətlərin yaranmasına səbəb 2010-cu ilin oyun ayının 20-sə imzalanmış ikitərəfli Qazaxıstan-ABŞ sazişinə edilən dəyişikliklər barədə protokol olub. "Məlumat üçün həmin sənədin adını diqqətinizə çatdırırıq: Amerika Birləşmiş Ştatlarının Əfqanıstan İslam Respublikasında sabitliyin qorunması və bərpa işlərinin həyata keçirilməsi üzrə işlərdə iştirakı ilə əlaqədar xüsusi yüklərin Qazaxıstan Respublikası ərazisi ilə kommersiya xarakterli dəmiryol tranzitinin təmin edilməsi barədə ABŞ və Qazaxıstan hökumətləri arasında saziş", - səfirlik bildirmişdi.
Amerika tərəfi Əfqanıstana göndərilən xüsusi yükün tranzit marşrutuna dəyişikliklərin edilməsi xahişi ilə müraciət edib. Ələlxüsus, Kurık və Aktau limanlarının tranzit marşrutuna daxil edilməsi xahiş edilib ki, bu da xüsusi yükün Azərbaycan ərazisi ilə Xəzərdən Qazaxıstana və daha sonra dəmiryolu ilə Özbəkistana və Əfqanıstana çatdırmağa xidmət edəcək.
Prezident Nazarbayev protokolun təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar