Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

BP neftin ucuzlaşacağı tarixi açıqlayıb

Baxılıb: 621     Tarix: 21-05-2018 15:38   

“2030-cu ilin sonuna kimi neftə olan tələbat son həddə çatacaq və tədricən qiyməti düşməyə başlayacaq”.
“APA-Economics” “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu BP Qrupunun baş icraçı direktoru Bob Dadli deyib.
“2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib. BP neftin 1 barelinin qiymətinin 50-65 dollar civarında olacağı fərziyyəsi üzərində işləyir”, – deyə BP-nin rəhbəri Bob Dadli bildirib.
Şirkət rəhbəri qeyd edib ki, BP hazırda az kapital, vaxt və inşa tələb edən mərhələli inkişaf yolu seçib: “Bu isə neftin qiymətinin qeyri-müəyyənlik dövründə ona nəzarəti asanlaşdırır. BP-nin neft və qaz hasilatı növbəti 10 illiyin sonuna kimi yenidən sutka ərzində 4 milyon barelə çatacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, BP ən aşağı istehsal xərclərinə malik olan Azərbaycan, Oman, Rusiya kimi neft hasil edən ölkələrlə əməkdaşlıq edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar