Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğan Baxçalının evinə getdi: Maraqlı səbəb - Foto

Baxılıb: 474     Tarix: 01-08-2019 12:28   
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının evinə gedib.
Teleqraf.com xəbər verir ki, partiya liderinin evinə ölkə başçısının qəfil səfəri barədə “Hürriyyət” qəzetinin yazarı Əbdülqədir Səlvi yazıb.
Əbdülqədir Səlvi “Ərdoğanla Baxçalı nə danışdı” başlıqlı yazıda görüşün MHP liderinin evində keçirilməsinə diqqət çəkib:
“Görüşlərin birində Ərdoğan sosial mediada başında buxara papaqlı fotosunu paylaşan Baxçalıya, “Eviniz çox gözəldir, mənə maraqlı gəldi” deyib. Baxçalı da “Bir qəhvə içərik” deyə cavab verib. Görüş üçün prezidentin iqamətgahından zəng gələndə Baxçalı “Evimdə qəbul edərəm” söyləyib”.
MHP lideri Ərdoğanı Ankara Çayyolundakı “Dövlət bəyin iqamətgahı”nın qapısında qarşılayıb. Görüş təxminən 30 dəqiqə çəkib.
Xatırladaq ki, tərəflər arasında indiyədək keçirilən bütün görüşlər prezidentin iqamətgahında reallaşıb.шаблоны для dle 11.2