Deputatdan qırğızlara təklif: Qarabağla bağlı... - Foto
Baxılıb: 348 Tarix: 05-08-2019 11:35
Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekovun başçılığı ilə Azərbaycanda səfərdə olan 14 nəfərlik qırğız yazarları heyəti millət vəkili Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova ilə görüşüblər.
Qanunvehedef.az xəbər verir ki, görüşdə həmçinin Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar və sözügedən ictimai qurumların üzvləri iştirak edib.
Millət vəkili görüş zamanı Qırğızıstanın yeni nəsil yazarlarını Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Q.Paşayeva və RHİM İB-nin sədri yazarlar arasında sıx əlaqələrin, işbirliyinin ölkələrarası münasibətlərdə xüsusi mövqe və mənaya malik olduğunu bildirib.
Qardaş ölkə yazarlarına Azərbaycan həqiqətlərindən, yazarlarımızın əsərlərinə sirayət etmiş Qarabağ üzüntüsündən, qaçqın-məcburi köçkün yazarlarımızın mənəvi-psxioloji qayğılarından danışan Q.Paşayeva, Qarabağda yaşanan erməni zülmünü, Xocalı soyqırımını türk dünyasının ortaq problemi kimi şərh edib.
Millət vəkili qardaş ölkədə “Qarabağ hekayələri” antologiyasının çıxması təklifi ilə çıxış edib və onun təklifi müsbət qarşılanıb.
Q.Paşayeva qırğız yazarlarına Azərbaycan mədəniyyətini, mili rəmzlərimizi əks etdirən hədiyyələr təqdim edib, qırğız yazarları da öz növbəsində millət vəkilinə qırğız əl sənəti nümunəsi olan hədiyyələr veriblər.

Ən çox oxunanlar
Son xəbərlər