Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qırğızıstan hökuməti azərbaycanlı iş adamını ölkədən deportasiya edir

Baxılıb: 601     Tarix: 23-05-2018 14:17   

Azərbaycanlı iş adamı sənədləri saxtalaşdırdığına görə Qırğızıstandan deportasiya ediləcək.
“Report” “Moskovski komsomolets”ə istinadən xəbər verir ki, birinci və ikinci instansiya məhkəməsinin qərarlarına əsasən, Azərbaycandan olan cərrah Samir Ramiz oğlu Muradov ölkəni tərk etməlidir.
Belə ki, Samir Muradov Qırğızıstanda, demək olar, 10 il işlədikdən sonra öz biznesini qurmaq qərarına gəlib. Amma onun sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən, eləcə də məhkəmə sistemindəki özbaşınalıq nəticəsində hüquqları pozulub.
İş adamı son ana qədər ədalətli qərar qəbul edilməsi üçün mübarizə aparmaq niyyətində olduğunu bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar