Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şanlıurfada Azərbaycan bulvarı açılacaq - Foto

Baxılıb: 604     Tarix: 23-05-2018 16:06   

Millət vəkili Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başçısı Nihat Çiftçi ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə millət vəkilinin Şanlıurfada Azərbaycan adını daşıyan bir bulvar və mərkəzi küçənin açılması ilə bağlı təklifi müsbət qarşılanıb.
Bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirən deputat bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Nihat Çiftçi Q.Paşayevanın Şanlıurfada Qarabağ parkı və abidəsinin açılması təklifinin də qısa zamanda reallaşağını bildirib.
Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsini də gündəmə gətirib.
Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini deyən bələdiyyə başqanı qardaş bələdiyyələr məsələsi ilə bağlı da addımların atılacağını bildirib.
Q.Paşayeva yaxın günlərdə Azərbaycanda “Qarabağdan Şanlıurfaya könül körpüsü” adlı tədbirin keçiriləcəyini qeyd edərək bələdiyyə başqanını Azərbaycana dəvət edib.
Millət vəkili həmçinin Vanın bir sıra dövlət rəsmiləri və təşkilat rəhbərləri ilə də görüşüb və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib.шаблоны для dle 11.2