Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kadırov padşah dediyi Putinlə söhbətinin təfərrüatını açıqladı - VİDEO

Baxılıb: 669     Tarix: 16-08-2019 15:00   

Çeçenistanın başçısı Ramzan Kadırov atası Əhməd Kadırovun öldürülməsindən sonra Rusiya Prezidenti Vladimir Putinlə baş tutmuş söhbətin təfərrüatını açıqlayıb.
R.Kadırov bu barədə İordaniyadan gəlmiş çeçen köçkünlərin övladları ilə görüşü zamanı məlumat verib.
Onun sözlərinə görə, V.Putinlə görüşdə 12 çeçen iştirak edib.
"Onların hamısı padşaha (Rusiya Prezidenti – red.) nə dediyimi bilir" , - Çeçenistanın başçısı deyib.
R.Kadırov qeyd edib ki, onun mövqeyi respublikada hərbi əməliyyatları başa çatdırmaqdan ibarət olub:
"Dağıdılmış Çeçenistanı bərpa etmək imkanı mənə veriləcəyi və İslama qarşı çıxılmayacağı təqdirdə, Rusiya ilə birlikdə olmağa hazır idim. Mən bu cür razılaşmadan sonra işə çıxmışam".
O əlavə edib ki, atası Ə.Kadırov çeçenlərin Rusiya ilə yaşamaq və onun tərkib hissəsi olmaq istəklərini bəyan edəcəkləri halda Çeçenistana başçılıq etməyə razılıq verib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar