Deputatın oğlunu neçə il həbs gözləyir? – Şok
Baxılıb: 533 Tarix: 21-08-2019 12:42
Deputat İqbal Məmmədovun oğlu Nərimanlı Mirhəmid də daxil olmaqla 6 nəfər barəsində 309 və 315-ci maddələrlə qaldırılan cinayət işi üzrə saxlanılanların hər birini 10 ildən yuxarı cəza gözləyir.
Bu sözləri hüquqşünas Səməd Vəkilov “Relaks” istirahət mərkəzini yoxlamağa gələn vergi əməkdaşlarına zor tətbiq edərək onları döyməkdə ittiham edilənləri gözləyən cəza ilə bağlı danışarkən deyib.
S.Vəkilov bildirib ki, açılan cinayət işinin üstünə vergidən yayınma cinayətləri də əlavə edilsə, istirahət mərkəzinin rəhbər şəxslərini daha ağır cəza gözləyir:
“Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 315.2-ci maddəsinə əsasən isə məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin vergidən yayınma cinayətləri də üstünə əlavə edilsə, həmin şəxsləri daha ağır cəza gözləyir”.
S.Vəkilov bildirib ki, bu və bu kimi hadisələr cəmiyyət üçün SOS olmalıdır:
“Bəziləri özlərini qanundan üstün hesab edirlər. Vergi müfəttişləri dövlətin mundirini daşıyan məmurlardır. Onlara qarşı hörmətsizlik dövlətə qarşı hörmətsizlikdir. Bu hadisə cəzasız qalmamalıdır. Cəzasız qalarsa, çox pis nümunə ola bilər”.
Ən çox oxunanlar
Son xəbərlər