Tiflisin buna cəsarəti çatmaz: provokator kimdir? - Video
Baxılıb: 665 Tarix: 05-09-2019 13:47
Tarix boyu Qafqaz xalqları bir-birilə müharibələrdə, münaqişələrdə olublar. Ruslar Qafqazı istila edəndən sonra istər çar, istərsə də kommunistlərin dövründə Gürcüstan və Ermənistan administrativ resurslar hesabına qurulub, genişlənib.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Gürcüstanın Cənubi Osetiya ilə inzibati sərhədə yaxın Çorçana kəndində polis postu yerləşdirməsinə və bunun Sxinvali ilə Tiflis arasında yeni gərginlik yaratmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, rəsmi Tiflisin nəzarətində olan kənddə post qurması təbii haqqıdır:
“Görünən odur ki, Rusiya işğal etdiyi Cənubi Osetiyanın yaxınlığında belə gürcü hərbi birləşmələrini görmək istəmir. Bunu da satelliti Cənubi Osetiyanın əli ilə Tiflisə bildirir. Lazım olsa, Moskva özü də bu prosesə müdaxilə edə bilər. Belə olan təqdirdə isə Tiflis Moskva ilə üz-üzə gələ bilməyərək geri çəkiləcək. Bütün bunlara rəğmən, öz ərazisində postun qurulması Tiflisin suveren işidir. Bir posta görə Rusiya Qərblə düzəlməkdə olan münasibətlərini gərginləşdirən deyil. Gürcüstan Rusiyadan qorxduğu üçün Cənubi Osetiyada daha müharibə etməyəcək. Gürcüstan bir dəfə ABŞ-a güvənib Cənubi Osetiyaya girdi və 6 gündən sonra rus tankları Tiflisin 20 km-də dayandı. Gürcülər bir daha bu səhvi etməzlər. Rəsmi Tiflis ABŞ-ı yeni hərbi münaqişəsiz də ölkəyə dəvət edə bilər. Bunun üçün Rusiya ilə üz-üzə gəlməyə dəyməz. Əksinə, Çorçanada qurulan post ətrafında provokasiyanı Moskva edir. Bununla da Tiflisə mesaj verir ki, amerikalıları buralara dəvət etmək fikrindən vaz keç. Tiflisin Moskvaya qarşı provokasiya etmək cəsarəti çatmaz”.
Ən çox oxunanlar
Son xəbərlər