Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

AŞPA prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

Baxılıb: 579     Tarix: 10-09-2019 14:42   

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskienin sentyabrın 11-12-də Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin proqramı açıqlanıb.
“Report“un Fransa bürosunun məlumatına görə, AŞPA prezidenti ikigünlük səfər çərçivəsində Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Onun Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, İntizam komissiyası, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşləri nəzərdə tutulub.
Eyni zamanda L.M.Paskie sentyabrın 11-də Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı “dəyirmi masa”da da iştirak edəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}