Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Fransa qondarma "dqr"lə xartiyaları ləğv etdi

Baxılıb: 664     Tarix: 27-09-2019 13:09   

Fransanın Lion İnzibati Məhkəməsi Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv edib.
Qanunvehedef.az xəbər verir ki, 2018-ci oktyabrın 21-də Sent-Etyen və Şuşa, eləcə də 2017-ci ilin sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış dostluq xartiyaları Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.
Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan dostluq xartiyaları əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu xartiyalar imzalanıla bilməz.
Hakimlər bildiriblər ki, Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağı tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu dostluq xartiyalarını imzalayıblar.
Məhkəmə bu xartiyaların ləğv olunması ilə bağlı qərar qəbul edib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar