Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Saakaşvili 2” layihəsi: Paşinyan Rusiyanı İrəvandan çıxarır?

Baxılıb: 597     Tarix: 31-05-2018 17:28   

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yolunu təkrarlamağa davam edir.
Qanunvehedef.az xəbər verir ki, Saakaşvilinin apardığı reformların bənzərini həyata keçirməyə çalışan Paşinyan həm də ictiamiyyət daxilində özünə “Ermənistanın Saakaşvilisi” statusunu almağa cəhd edir.
Belə ki, Saakaşvili Gürcüstanda hakimiyyətə gəldikdən dərhal sonra ölkənin Avropa Birliyi ilə yaxınlaşması və qanuni oğruların ölkədən təmizlənməsi prosesinə başlamışdı. Hüquq-mühafizə orqanlarına sərt tapşırıq verən Saakaşvili az sonra Gürcüstanı “qanuni oğruların evi” statusundan azad edə bildi. Qanuni oğruları həbs etdirən Saakaşvili onları ya ölkədən qovdurur, ya da həbsə atdırırdı. Qərbin aktiv dəstəyi ilə prosesi başladan gürcü lider bunun vasitəsilə həm də Rusiyanın Gürcüstandakı təsirini müəyyən qədər zəiflədə bilmişdi.
Artıq Paşinyan da “Saakaşvili yolunu” tutmağa başlayıb. Hakimiyyətə gəldikdən az sonra erməni lider qanuni oğruların həbsi prosesinə start verib. Təsadüfi deyil ki, Paşinyanın baş nazir olmasının ilk 10 günü ərzində Ermənistanın müxtəlif yerlərində olan 30-a yaxın qanuni oğru saxlanılıb.
Bu gün də qanuni oğrulara qarşı əməliyyat keçirilib. İrəvan Polisinin mətbuat xidmətinin məlumatına görə, əməliyyat nəticəsində qanuni oğruların İrəvandakı otellərdən birində “sxodka”sına izn verilməyib. Polis əməliyyatdan sonra ələ keçirdiyi şəxslərə xəbərdarlıq edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar