Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

GÜRCÜSTAN AZƏRBAYCANA GEDİŞ-GƏLİŞİ QİSMƏN MƏHDUDLAŞDIRDI - Koronavirusa görə...

Baxılıb: 981     Tarix: 27-02-2020 10:38   

Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, məhdudiyyətin iki həftə ərzində qüvvədə olacağı nəzərdə tutulub.
Səfirlikdən həm də bildirilib ki, hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələ məlumat alınmayıb.
Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təsdiq olunub. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.


"Koronavirusun aşkarlandığı 50 yaşlı Gürcüstan vətəndaşı Azərbaycandan gəldiyi marşrut taksisindəki şəxslərlə ünsiyyətdə olub”. "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, həmin şəxs Gürcüstan ərazisinə keçəndən sonra yalnız tibbi heyətlə kontaktda olub.
A.Qamkrelidze virusun təsdiq olunduğu xəstəni müşayiət edən şəxsin də xəstəxanaya yerləşdirildiyini bildirib: "Həmin şəxsdə koronavirus təsdiqlənməsə də, o, həkimlərin nəzarəti altındadır”.
Mərkəz rəhbəri qeyd edib ki, həmin şəxslərin olduğu marşrut taksisi Gürcüstan ərazisinə daxil olmayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar