Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Heydər Əsədovun mənimsədiyi pullar Londonda: Bahalı avtomobil və mülklər

Baxılıb: 832     Tarix: 27-04-2018 15:34   
 Son günlərin ən çox müzakirə olunan mövzusu keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən azad olunmasıdır.
Qanunvehedef.az unikal.org-a istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə nazir Heydər Əsədovun istefaya göndərilməsinin əsas səbəbi onun oğlu ilə bağlı olub.
Eks nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir. Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər.Ötən il xarici mətbuatın gündəmini zəbt edən Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri artıq internetdə geniş yayılıb.
Görüntülərdən görmək mümkün olur ki, 90 HO 505 dövlət nömrə nişanlı "Porsche"nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var.
Bu xəbər KİV-lərdə yayımlandıqdan sonra Heydər Əsədov narahat olmağa başladı. Və bu məsələdən xəbər tutan ölkə başçısı İlham Əliyev dərhal Heydər Əsədovu istefaya göndərdi.
Onu da qeyd edək ki, ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar