Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müsahibimiz Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının cərrah – proktoloqu Dr.Kəmalə Mirzəyevadır.

Baxılıb: 2 707     Tarix: 18-07-2018 09:32   

Anal çat nədir?


Anus çatı (anal çat) dedikdə düz bağırsaq çıxacağının selikli qişasının xətvarı defektinəzərdə tutulur. Bu xəstəliyə, əsasən gənc və orta yaşlı şəxslərdə rast gəlinir. Anusçatının etio-patogenezini mexaniki amillərin təsiri ilə izah edirlər. Bərk nəciskütlələrinin anus halqasından keçəndə onu dartıb genəltməsi və mikroxəsarəttörətməsi anus çatının inkişafına səbəb ola bilər. Bu hal qəbizliklə müşayiət olunankolitlər zamanı xüsusən çox müşahidə edilir.


Anal çatın əlamətləri hansılardır?


 1- Böyük bayıra gedən zaman və sonra ağrı və ya göynəmə hissi
.2- Düz bağırsaqdan qanaxma.
3- Anal sfinkterin spazmı (daralması).

ANAL ÇATIN YARANMASININ SƏBƏBLƏRİ?

Davamlı qəbizlik
Nəcis yumşaldıcı dərmanlardan çox istifadə etmək
Uzun müddət davam edən ishal
Anal cinsi əlaqə zamanı
Kron xəstəliyi zamanı
Leykoz xəstəliyi zamanı

Anal çatın əsas simptomu nədir?

Anal çatın əsas simptomu ağrıdır. Ağrılar defekasiya zamanı güclənir, babasilzamanı olan ağrılara bənzəyir, lakin daha güclü, kəskin və uzun müddətli olurlar. Digər simptom –qanaxmalardır. Babasil xəstəliyi ilə müqayisədə qanaxma daha az olur. Yeni yaranmış çatlarxroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa. aralığa və belə yayıla bilər. Ağrı bu nahiyyələrə yayılaraq qadınlarda adət pozğunluqlarına səbəb olur. Xroniki çatanusun xorasının dibində histoloji olaraq sinir sonluqlarının açıq ucları müəyyən olunur, yəniağrılı “anal nevrit” yaranır. Sfinkterin daimi reflektor spazmı şəraitində onun konservativ müalicəsimümkün deyil.

Anal nahiyyədə olan ağrıları xarakterinə görə aşağıdakı kimiqruplaşdırmaq olar. Bu ağrı tiplərinin ən cox hansı xəstəıiklərə uyğungəlir?


1. Kəskin spazm şəkili olan ağrı – Bu ağrılara ən çox Proktolgiya fugaxda rast gəlirik.
2. Yatarkən yuxudan durduran ağrı – Perianal absesdə olur.
3. Böyuk bayıra gedən zaman olan ağrılar – Anal çat, babasil xəstəliyində
4. Anal nahiyyədə olan davamlı şəkildə olan ağrılar – Onurğa problemlərində olur.

Anal çat xəstəliyinin müalicəsi varmı?

CƏRRAHİ ƏMƏLİYYATLAR
çatın kəsilib götürülməsiAnal dilatasiya anal nahiyyənin genişləndirilməsilateral internal sfikterotamiya daxili əzələnin kəsilməsi bu metodun açıq və qapalı növləri var.lazerlə çatın yandırılmasıÇat kəsilib götürüldüdən sonra flebin çəkilməsi
BƏZƏN CƏRRAHİ ƏMƏLİYYATDAN İSTİFADƏ ETMƏDƏNDƏ BOTOKS VƏ DƏRMANPREPARATLARINDAN İSTİFADƏ ETMƏLƏDƏ ANAL CATIN SAĞALMASI OLA BİLİR.


Anal çat zamanı müalicə tədbirləri hansılardır?

Müalicə zamanı qəbizlikləri aradan qaldırmaq üçün xəstəyə xüsusi pəhriz təyinolunur (əsasən bitki mənşəli və süd məhsulları). Duzlu, istiotlu, qızarmış qidalar,un məmulatları qıdalanmadan çıxarılır.Kök, çuğundur, yaşıl almalar, qara qavalı və ərik quruları, balqabaq bağırsaqlarınfəaliyyətinə müsbət təsir edir. Hər axşam yatmazdan əvvəl 1 stəkan kefir için,səhər isə zeytun və ya digər bitki yağı əlavə olunmuş salat yeyin. Bu sadəvasitələr xroniki qəbizlikdən xilas olunmağa kömək edəcək.Xəstələrə laktuloza əsaslı (prelaksan, dufalak, laktusan) preparatlar vəprobiotiklər (lineks, laktobakterin) təyin olunur. Qəbizliklə mübarizədə balıq yağıda yaxşı kömək edir.Lazım olduqda yüngül işlədici dərmanlar və zəif antiseptik məhlulu ilə olanimalələr təyin oluna bilər.Ağrıları aradan götürmək üçün ilıq vannalar və mikroimalələr istifadə olunur.İltihabı götürmək məqsədi ilə çaytıkanı şamları, metilurasil və benzokain ilə olanşamlar istifadə olunur. Yaranı sağaldmaq və defekasiya aktını asanlaşdırmaqüçün qliserin şamları təyin olunur.Bir çox hallarda çatın səbəbi mədə-bağırsaq sistemi orqanların xəstəlikləri olur.Bu səbəbdən çatın müalicəsi ilə yanaşı əsas patologiyanın müalicəsi də çoxvacibdir. Əks halda müalicə nəticəsində bağlanmış çat təkrar əmələ gələ bilər.Adətən konservativ (dərmanların köməyi ilə aparılan) müalicə yaxşı təsir edir.Lakin bəzən müalicə effekt vermir və həkim cərrahi üsulları tətbiq etməli olur. Halhazırda aztravmatik üsullar istifadə olunur: kriodestruksiya (maye azotla müalicə)və lazer koaqulyasiyası. Bu üsullar ümumi anesteziya (narkoz) və xəstəninstasionar şəraitdə qalmasını tələb etmir.

Uşaqlarda anal çatı yaradan səbəblər hansılardır?

Uşaqlarda çatlar bir çox hallarda helmintozun (qurdlar) nəticəsində əmələ gəlir. Bağırsaqlarda qurdların olmasıödemə və iltihaba səbəb olur. Qurdların yumurtaları kəskin qaşınmaya səbəb olur və uşaq anal dəliyin sahəsini teztezqaşıyır. Bu isə selikli qişanın zədələnməsinə səbəb olur. Əlamətləri: Göynəmə, yandırma, damcı formasında qan,qaşınma, kəskin ağrılar və s.Anal kanalın çatının həm konservativ yəni dərman müalicəsi, həm də cərrahi yolla mümkündür. Nitroqliserinliməlhəmlər, Botoks, Lazer üsulu ilə çatın ləğvi, Qapalı liss üsulu, Diatasiya üsulları ilə çatı ləğv etmək mümkündür.

Düz bağırsaq qanaxması nədir?



Düz bağırsaq qanaxması düz bağırsaqdan qanın gəlməsi və nəcisdə qanın görülməsi kimi başa düşülür. Əsasən alqırmızı rəngdə olur, çox vaxt böyük bayıra çıxan zaman və qaz çıxaran vaxt görülür.



Düz bağırsaq qanaxması hansı səbəblərdən ola bilər?



Babasil xəstəliyində
Anal çat
Düz bağırsaq poliplərində
Düz bağırsaq xərçəngində
Perianal fistulda
İnfeksion kolit
İşemik kolit
Proktit
Düzbağırsağın solitar xorasında
Dərmanlara bağlı (ASPİRİN AĞRI KƏSİCİLƏR)

Babasil xəstəliyinə bağlı olan qanaxmaların əlamətləri

1. Yaşın 50-ə qədər olması
2. Al qırmızı rəngli qanın olması
a) Ayaq yolunda tualet kağızında qan görülməsi
b) Ayaq yolunda oturduğu yerdə görünməsi
c) Nəcisin üzərində görünməsi. Bu hallar yuxarda göstərilən xəstəliklərdə də rast gəlinə bilər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar