Ərəblər daha Azərbaycana axın etməyəcək - Kraldan İNANILMAZ ADDIM
Baxılıb: 638 Tarix: 30-04-2018 12:14
Səudiyyə Ərəbistanı dünyanın ən böyük əyləncə mərkəzlərindən birinə sahib olacaq.
Paytaxt Riyada 40 km məsafədə yerləşən, 334 km ərazini əhatə edən "Qiddiya" adlı əyləncə şəhərciyi qurulacaq.
Layihənin təməli böyük şənliklə qoyulub. Mərasimdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd ibn Salman iştirak edib. Sərmayəçilər və şirkətlər layihəyə xüsusi maraq göstərib.
"Qiddiya" layihəsinin tamamlanmasından sonra Səudiyyə Ərəbistanı vətəndaşlarının əyləncə üçün xarici ölkələrə çıxardığı milyardlarla dollar daxili bazarda qalacaq, xarici investitorlar bu ölkəyə axın edəcək və Səudiyyə Ərəbistanı dünyanın turizm mərkəzinə çevriləcək.
Səudiyyə Ərəbistanın 2030-cu il formatı üçün iqtisadi qazanc mənbəyi kimi düşünülən "Qiddiya" ölkənin ən varlı fondu olan Səudiyyə İctimai Sərmayə Fondundan dəstək alır. Layihənin ilk mərhələsinin 2022-ci ildə tamamlanması və xidmətə açılması hədəflənir. Əyləncə şəhərciyində idman, əyləncə, mədəniyyət müsabiqələrinin keçirilməsi üçün də şərait yaradılacaq.
"Qiddiya" məkan baxımından ABŞ-ın Orlando şəhərindəki "Disney World" əyləncə şəhərciyindən 2,5 dəfə böyük olacaq və 17 milyon nəfəri eyni anda qəbul edə biləcək. Mərkəzdə 57 000 insanın işləyəcəyi bildirilir.
Qeyd edək ki, rəsmi statistikaya görə, son illər Azərbaycana ərəblərin axını güclənib. Azərbaycana gələn turistlər sırasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edir.
publika.az

Ən çox oxunanlar
Son xəbərlər