Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ermənistanda Qələbə parkında Rusiyanın bayrağını cırıblar

Baxılıb: 499     Tarix: 18-06-2024 14:26   

Ermənistanın paytaxtı İrəvanın Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiya bayrağını cırıb, gerbi isə sındırıblar.
Qanunvehedef.az xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb.
Paytaxt meriyasından sayta bildiriblər ki, onlar baş verənlərə görə məsuliyyət daşımırlar və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır. Şəhər rəhbərliyi də hadisə ilə bağlı məlumatı aydınlaşdıracağını bildirib.
“İravunk” nəşrinin yazdığına görə, Rusiyanın dövlət bayrağını rusofob və ya bir qrup rusofob cırıb. Lakin hələ də bunu edən tapılmayıb. Nəşr onu da qeyd edir ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar