Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

4 dövlətin və Azərbaycanın Qarabağ PLANI ORTAYA ÇIXDI: ərazilərin qaytarılması əvəzində...

Baxılıb: 576     Tarix: 01-05-2018 16:32   
 Ermənistanda keçirilən etiraz aksiyalarının ilk günlərində Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan prosesin daimi iştirakçısına çevrilmişdi. Aprelin 23-də - baş nazir Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak etmiş, bir sıra dairələr və keçmiş prezident Levon Ter-Petrosyanla da görüş keçirmişdi.
Dağlıq Qarabağ separatçılarının "keçmiş xarici işlər naziri" Armen Melikyan "Birinci informasiya" saytına müsahibəsində həm bu məsələni, həm də Ermənistandakı daxili siyasi vəziyyətin Dağlıq Qarabağ münaqişəsini təsirini qiymətləndirib.
Onun sözlərinə görə, Serj Sarkisyanın istefası Ermənistan daxilində qüvvə nisbətini dəyişdirdi və bu, Dağlıq Qarabağda siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. Melikyan qeyd edib ki, Sarkisyanın istefası İrəvan-Xankəndi münasibətlərinin formatında həm siyasi, həm də inzibati-maliyyə baxımından qeyri-müəyyənlik yaratdı.
"Hesab edirəm ki, artıq Xankəndidə Saakyanın istefa tələbləri səsləndirilə bilər. Ona görə də onun İrəvana sonuncu səfəri və siyasi güclərin nümayəndələriylə görüşlər tamamilə məntiqli idi", - Melikyan deyib.
Serj Sarkisyanın istefası ilə Qarabağ klanının dövrünün başa çatmasının Qarabağ münaqişəsinin nizama salınması prosesində yaradacağı dəyişikliklərə gəlincə, o, Qarabağda yeni itkilərin ola biləcəyini vurğulayıb:
"ABŞ və onların müttəfiqləri Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi mövcudluğuna son qoymaq, Rusiya isə Azərbaycanda öz əvvəlki möhkəm mövqelərini və hərbi mövcudluğunu bərpa etmək istəyir. Hər iki tərəf öz maraqları üçün ərazilərin qaytarılmasına bir variant kimi baxır. Hər iki tərəfin "Madrid prinsipləri"ində həmrəyliyi məhz bununla təmin olunur. Serj Sarkisyan ərazilərin təslim edilməsinin əvəzində istəyirdi ki, Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini tanısın. Məndə güman etməyə əsaslar var ki, indi "ərazilərin qaytarılması əvəzində heç nə" vəziyyəti yetişir və Qarabağda yeni itkilər ola bilər. Ehtimal edilən Serj Sarkisyanın qəribə istefasından sonra itkilərə görə "günah keçiləri" Karen Karapetyan və Nikol Paşinyan olacaqlar".
Onun sözlərinə görə, Rusiyanın hansısa bir anda Qarabağ münaqişəsinin nizama salınmasına gedə biləcəyi istisna edilmir.
"Bu ehtimal böyükdür, amma bu yalnız Rusiyanın oyunu deyil, ona Qərb, Türkiyə, İsrail, İran və Azərbaycan cəlb oluna bilər. Ermənistan və Dağlıq Qarabağ indi oyundan kənardır".
Qeyd edək ki, Madrid prinsipləri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.
Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun 13 kəndi azad edilir. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir.
publika.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar