Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məhəmməd Əmin Rəsulzadənin əsəri çap olundu – İLK DƏFƏ

Baxılıb: 894     Tarix: 03-05-2018 14:50   
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı çapdan çıxıb.Qanunvehedef.az Kulis.aza istinadən məlumatına görə kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir.
 
Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb.
 
M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanov tərəfindən transfonoliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir.
 
Qeyd edək ki, bu əsər Azərbaycanda ilk dəfə nəşr olunur.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar