Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

55 manat azdır, artırılmalıdır - Deputata verilən hədiyyələr

Baxılıb: 606     Tarix: 15-11-2018 14:49   

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin 10-cumaddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki, başqa ölkələrdə bu rəqəm daha böyükdür.
Qanunvehedef.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
O qeyd edib ki, korrpusiya haqqında qanunda bu rəqəmi dəyişəyə, məhz orada həmin rəqəmin artırılmaqla bağlı təklif irəli sürməyə ehtiyac var: "Belə olsa, problem öz həllini tapacaq. Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsini icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdandan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir".
Ə.Amaşov qeyd edib ki, Almaniyada deputat cinayətdə ittiham edilirsə, onu iclas zalında həbs olunurlar. Onun sözlərinə görə, elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri etik aparsa, hətta parlamentdə çıxıç etsə, onu çox ağır cəza gözləyir.
Ə.Amaşov həmçinin deputatların gəlir deklorasiyasının qəbul edilməsini təklif edib: "Hesab edirəm ki, qanun layihəsini hazırlayərkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib. Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar