Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Faiq Ağayev millət vəkili olmaq istəyir: DEPUTATLARDAN REAKSİYA

Baxılıb: 532     Tarix: 15-11-2018 17:25   

Azərbaycanda son günlər xalq artisti Faiq Ağayevin deputatlığa namizdəliyi iddiası cəmiyyətdə incəsənət, şou adamlarının parlamentdə təmsilçiliyini gündəmə gətirib, geniş müzakirələrə səbəb olub.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Report"a açıqlamasında bildirib ki, yaşı 18- i tamam etmiş, qanunvericiliyin tələblərinə uyğun olan hər bir Azərbaycan vətəndaşı, o cümlədən istənilən incəsənət və şou nümayəndəsi deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər: "Son referendumdan sonra bildiyiniz kimi bu yaş həddi 25-dən 18-ə endirilib. Buna görə də indi daha çox vətəndaşın deputatlığa öz namizədliyini vermək imkanı var. Bu, seçkili orqandır və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir vətəndaş namizədliyini verə bilər".
Konkret olaraq son vaxtlar xalq artisti Faiq Ağayevin deputatlığa namizədliyini vermə təşəbbüsü ətrafında gedən müzakirələrə toxunan S. Novruzov bildirib ki, Milli Məclisdə xalqın dəstəklədiyi hər bir sənətin nümayəndəsi seçilə bilər: "Axı qanunvericiliyə əsasən sənətinə görə kiməsə bununla bağlı məhdudiyyət də yoxdur. Bu, xalqın seçimidir. Əgər Faiq Ağayev həqiqətən də iddia etdiyi kimi xalqın səsini qazana biləcəksə, buyursun hüququndan istifadə etsin. Bizim xalqın seçimi qarşısında boynumuz qıldır, qıldan da nazikdir".
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Nizami Cəfərov isə "Report"a bildirib ki, sənət adamları Azərbaycan parlamentində həmişə təmsil olunub və buna pis də baxmır: "Amma Milli Məclisdə təmsil olunmanın da öz proseduru var ki, gərək namizəd bundan da keçə bilsin - insanların səsini qazanmaq üçün namizədliyini verə bilsin, seçicilər onu seçsin, namizədliyə qədər isə xalq qarşısında hansısa bir xidməti olsun"
Millət vəkili qeyd edib ki, Faiq Ağayevin sənətçi olduğu üçün müəyyən qədər üstünlüyü ola bilər: "Yəni, sənətçiləri başqa sahələrin adamlarına nisbətən xalq daha çox tanıyır. Ümumilikdə isə seçki qanunvericiliynə görə sənətinə görə heç kimə heç bir məhdudiyyət yoxdur, Milli Məclisə seçkilərdə 18 yaşını tamam edibsə iştirak edə bilər. Hər şey də seçkinin nəticələrindən asılıdr. Çünki onu xalq seçir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar