Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev Sumqayıta getdi - Foto

Baxılıb: 846     Tarix: 16-11-2018 15:28   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gedib.
Qanunvehedef.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verib.
Zavodun baş direktoru Adəm Yayla Prezident İlham Əliyevə müəssisə haqqında məlumat verərək bildirib ki, 2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq.
Prezident İlham Əliyev zavodu işə salıb.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar