Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır.

Baxılıb: 979     Tarix: 10-05-2018 10:41   


Əlbəttə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülməlidir. Bu baxımdan yanaşsaq, ümumilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır. Məhz milli bayram olduğuna görədir ki, Ulu Öndərin doğum günü hər il həm Azərbaycanda, həm də dünyada azərbaycanlılar yaşayan ölkələrin demək olar ki, hamısında qeyd edilir. Cəmiyyətin bütün təbəqələri bu bayramı hiss edirlər. Bu da təbiidir: dövlətçiliyin əsasını qoyan şəxsin doğum günü elə həm də dövlətçiliyin ən vacib tarixlərindən biridir.
ABŞ-ın "Ceymstaun" Fondunun prezidenti Qlenn Hovard çıxışlarının birində Heydər Əliyevi "Azərbaycanın Corc Vaşinqtonu" adlandırmışdı. Bəllidir ki, Corc Vaşinqton - Amerika dövlətçiliyinin banisi və "Amerika xalqının atası" hesab edilir. Heydər Əliyev də Azərbaycan tarixində eyni rolu oynayıb.
Ulu Öndərlə bağlı tarixi günlərin adətən dünyanın hər yerində qeyd olunması, müxtəlif xalqların təmsilçilərinin onun haqqında böyük fikirlər söyləməsi çox maraqlı məqamdır. Çünki adətən bir xalq digərinin siyasi liderinə ya biganə, ya da qısqanc yanaşır. Yalnız böyük tarixi şəxsiyyətlər hər yerdə maraq və ehtiram doğururlar. Ulu öndərin anılma coğrafiyası onun da məhz bu kateqoriyaya aid olduğunu təsdiqləyir. Belə ki, Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, bir şeyi təsdiqləyir: Onun məhz dünya miqyaslı tarixi şəxsiyyət olmasını. Heydər Əliyevin tarixi rolu dünyada getdikcə daha böyük qiymət alır. Məhz buna görə müxtəlif ölkələrdə Ulu Öndərə abidələr qoyulur, muzeylər açılır... Axı böyük şəxsiyyətlər bir xalqa aid olmurlar! Böyük şəxsiyyələr bütün dünyaya məxsusdurlar. Məhz bu səbəbdən biz digər xalqların yetirdiyi dahi insanları öyrənir, tanıyr və sevirik. Və məhz bu səbəbdən başqa xalqlar da bu dahi insana belə maraq göstərirlər.
Tarixə öyrəniləsi şəxsiyyətlər bəxş etməyi bacarmayan xalq dünyanın gözünə bir qədər miskin görünür. Ona görə, Ulu Öndərin doğum tarixi bizim üçün ikiqat bayramdır. Onun sayəsində özümüzü dünyanın gözündə təsdiqlədiyimizə görə.
Adı tarixdə sadəcə qalan insanları "tarixi şəxsiyyət" adlandırırıq; amma elə insanlar da var ki, onlar tarixdə sadəcə qalmırlar, onlar tarixin axarını dəyişirlər. Bu insanlar əslində tarixi şəxsiyyətdən daha artıqdırlar. Zamanı durmadan axan çaya bənzətsək, belə insanlar həmin çayın üstündə qurulan işıq bəndləridirlər; tarix onlardan keçdikcə xalqlarının gələcəyini işıqlandırır. Onlar hər mənada zamanın enerjisini alıb, xalqlarına ötürürlər.
Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.
İllər keçəcək və qüdrətli Azərbaycan dövlətinin inkişaf yollarını araşdıranda hər dəfə daha aşkar görünəcək ki, bu ölkəni həmin istiqamətə Heydər Əliyev döndərib. Azərbaycanın formal müstəqillikdən real müstəqilliyə keçid illəri tarix və siyasət elmləri prizmasından araşdırılanda "nəyin sayəsində belə oldu" sualını cavablandırmaq zərurəti istər-istəməz mütləq Heydər Əliyev fenomeninin araşdırılmasına gətirib çıxaracaq. Və onunla bağlı da yəqin, minlərlə kitablar yazılacaq. Həm də bütün dünyada. Çünki bu fenomenin ciddi elmi tədqiqata ehtiyacı var. Söhbət təkcə ondan getmir ki, Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu Öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirmişdi. Heydər Əliyev fenomeninin araşdırılması siyasət elminə xeyli maraqlı ideyalar gətirə bilər. Yəni tariximizdə Heydər Əliyev kimi şəxsiyyətin olması faktı bu yolla Azərbaycanın həm də intellektual sərvətinə çevrilməlidir. Necə ki, bu ölkənin Varlığı və Müstəqilliyi başda olmaqla, bütün sərvətlərinin qaynağında Milli Lideri dayanır


 Dr. Azər Fərəc Oksigen Klinikasını həkim-radioloquшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar