Heydər Əliyevə xəyanət edənlərin aqibəti… - Zahid Oruc
Baxılıb: 633 Tarix: 10-05-2018 13:15
Mənim aləmimdə Heydər Əliyevin şəxsiyyətində olan insanların yalnız doğum günü var, ölüm günü yoxdur.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu gün həm də dövlət müstəqilliyimizin yubileyidir:
“Heydər Əliyevin şəxsi həyatı olubmu? Mənim aləmimdə yox. Onun bütün həyatından danışanda ancaq Azərbaycanla bağlı məqamlara rast gəlirik. Heydər Əliyev dövlət müstəqilliyimizi xilas etdiyinə görə həm də dövlət müstəqilliyimizin yubileyidir. Çünki Cümhuriyyətin əldə etdiyi müstəqilliyi Heydər Əliyev bərpa edib. Nə saxta tərif, nə də qərəzli hücumlar Heydər Əliyevdən heç nə apara bilməz. Heydər Əliyev öz sistemi olan adam idi. Onu fəaliyyəti dövründə qarabaraqa izləyənlər olub. Meksikada ona qarşı kampaniya aparıblar, heykəli götürülüb. Lakin Heydər Əliyevin obrazı qalıb. Demək, Heydər Əliyevin gücü heykəllərdə deyil. Onun ürəklərdə ucalan heykəli əbədi qalacaq. Onun şəxsiyyətinin miqyası Azərbaycan sərhədlərindən böyükdür. Heydər Əliyevə xəyanət edənlərin heç biri uğur qazana bilmədi, bəzən çörək də tapmadı. Heydər Əliyevin siyasi hakimiyyəti hər zaman hakimiyətdə olacaq, ola bilər, prezidentin soyadı Əliyev olmayacaq, amma onun kursu hər zaman hakimiyyətdə olacaq. Hesab edirəm ki, İlham Əliyev onun təkcə bioloji övladı deyil, ideoloji varisidir. İlham Əliyevin bir çox hallarda həyata keçirdiyi addımlara baxanda 57 yaşlı Heydər Əliyevi görürük”.
Ən çox oxunanlar
Son xəbərlər