Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yeni nazirdən ilk addım: yoxlamalar başladı

Baxılıb: 658     Tarix: 11-05-2018 11:53   


Şadlıq sarayları və restoranlardan ətrafa tüstü buraxılır. Bununla bağlı son vaxtlar nazirliyə sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xüsusən də, şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır.
Ekoloji təbliğat şöbəsində ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva da bildirib ki, iaşə müəssisələrinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlər əsasında araşdırma aparılır:
“Bu obyektlərin insanların ehtiyacını ödədiyini, insanlara xidmət etdiyini nəzərə alırıq. Lakin bir qisim insanın rahatlığı digər insanların hüquqlarını pozmamalıdır. Çünki bir sıra ürək-damar sistemi xəstəliklərində bu narahatlıq hissi yaradır. Bu obyektlərin fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq cihazlar quraşdırılması təklif edilir. Ümid edirik ki, sahibkarlar bu məsələyə ciddi yanaşacaq və tədbirlər görüləcək”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar