Xəbər lenti
07/04/2025 [13:01]
POEZİYA
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakı Marafonunun iştirakçıları Heydər Əliyev Mərkəzinə çatıblar

Baxılıb: 756     Tarix: 13-05-2018 11:41   

 “Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu-2018”in iştirakçıları Heydər Əliyev Mərkəzinə çatıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən marafonun iştirakçıları buradan Bakı Olimpiya Stadionuna doğru hərəkət edirlər. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafon Bakı Olimpiya Stadionunda başa çatacaq.

Dövlət Bayrağı Meydanından start götürən marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.

Marafonun məsafəsi 21 kilometrdir. Marafona respublikamızın bölgələri ilə yanaşı, müxtəlif ölkələrdən də iştirakçılar qatılıblar.

Bakı marafonunun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təbliğ etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.



шаблоны для dle 11.2