Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikolun Suriyaya yardımına - ABŞ-dan rəsmi münasibət

Baxılıb: 560     Tarix: 13-02-2019 16:30   
Biz Ermənistanla Rusiyanın Suriyada birgə həyata keçirdiyi əməkdaşlıq missiyasını dəstəkləmirik.
Report xəbər verir ki, bunu “Aysor”un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər.
Dövlət Departamenti Birləşmiş Ştatların İrəvandakı səfirliyi vasitəsilə Ermənistanın Suriyaya humanitar yardım göndərməsi məsələsinə münasibət bildirib.
Qeyd olunub ki, ABŞ Yaxın Şərqdə dini azlıqların müdafiəsi ilə bağlı narahatlığı anlayışla qarşılayır:
“Ancaq humanitar yardımın mülki və ya hərbi xarakterindən asılı olmayaraq, biz Suriya Silahlı Qüvvələri ilə istənilən əməkdaşlığı dəstəkləmirik. Biz bu istiqamətdə Rusiya ilə Ermənistan arasındakı əməkdaşlığı da dəstəkləmirik. Rusiya dinc sakinləri qətlə yetirən, bununla da humanitar faciənin yaranmasına səbəb olan Bəşşar Əsəd rejimi ilə əmıəkdaşlıq edir. Rusiya geniş miqyasda Əsəd rejimini və onun zülmünü müdafiə edir”.
Qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar