Qarabağ veteranları Ankarada səfərdədir
Baxılıb: 633 Tarix: 16-05-2018 09:34
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan qazilərdən, ehtiyatda olan zabitlərdən və hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti ilk olaraq Türkiye Müharip Gaziler Derneyinin Mərkəzi Qərargahında olublarQanunvehedef.az-ın məlumatına görə, bu sahədə iki tərəfli əməkdaşlığın perspektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açılıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri,general Erdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək fikirlərini bölüşüblər.
Görüşdən sonra nümayəndə heyətimiz Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət ediblər. Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir.
Ən çox oxunanlar
Son xəbərlər