Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prokuror partiya sədrinə 10 il cəza istədi

Baxılıb: 667     Tarix: 16-05-2018 11:32   
Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qanunvehedef.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. O, Musa Tükənovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses mayın 22-də davam edəcək.
İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tükənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Musa Tükənov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar