Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Paşinyanın Qarabağa “yeni baxış” cəhdi... - Açıqlama

Baxılıb: 586     Tarix: 17-05-2018 10:13   
Paşinyan nəyin bahasına olursa-olsun, növbədənkənar parlament seçkilərinə və təbii ki, tükdən asılı olan hakimiyyətini möhkəmləndirənə qədər danışıqlar prosesindən yayınmaq istəyir.
Bu sözləri Qanunvehedef.az-a analitik Elçin Mirzəbəyli Ermənistan tərəfindən Madrid prinsiplərindən imtina etmək məsələsinin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Nikol Paşinyanın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki separatçı rejimin danışıqlar prosesində iştirakı barədə iddiaları əslində 1994-cü ildən başlayan Minsk prosesindən imtina olunması anlamına gəlir:
“Həmsədr dövlətlərin bu günədək ən müxtəlif şəhər adları altında təqdim etdiyi prinsiplər isə bu kontekstdə heç bir əhəmiyyətə malik deyil. İstər “Madrid prinsipləri”, istər “Yenilənmiş Madrid prinsipləri”, istərsə də “Boyat Madrid prinsipləri”... Paşinyanın danışıqlar prosesinin formatı və prinsipləri haqqında səsləndirdiyi iddialar heç də yeni baş nazirin Dağlıq Qarabağ məsələsində daha israrlı mövqe nümayiş etdirməsindən irəli gəlmir”.
Analitikin sözlərinə görə, Paşinyan və onun komandası bu prosesə hazır deyil:
“Paşinyan danışıqlar prosesində fiaskoya uğrayacağından, bunun isə onun Ermənistandakı mövqelərinə zərbə vura biləcəyindən ehtiyatlanır. Bu baxımdan Nikol Paşinyanın seçkilərədək bu qəbildən olan çıxışları səngiməyəcək. Bu, daha çox qorxudan və özünəinamsızlıqdan irəli gələn çıxışlardır”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arman Navasardyan açıqlamasında Madrid prinsiplərinin İrəvanı dalana apardığını və buna görə də Madrid prinsiplərinə yenidən baxmağın lazım olduğunu bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar