Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zakir Həsənov tapşırıq verdi - Hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılsın

Baxılıb: 586     Tarix: 12-04-2019 16:31   

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.
Müdafiə Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.
Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar