Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Jirinovski Böyük Azərbaycandan kimlər üçün torpaq "qoparır"?

Baxılıb: 1 084     Tarix: 17-05-2018 10:17   
Elə bir vaxt gəlib çıxacaq ki, daxildən ayağa qalxan qüvvələr İranı dünyada bərqərar edilmiş siyasi modellərə uyğun yenidən quracaqlar. Həmin vaxt ABŞ-ın və İsrailin bu məsələlərə müdaxilə etməsinə nə imkan olacaq, nə də ehtiyac.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Qabil Hüseynli Jirinovskinin İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı yaydığı xəritəyə münasibət bildirərkən deyib. O deyib ki, Jirinovskinin yaydığı bu xəritə provokasiya xarakterli və qızışdırıcı bir mövqedir:
“Jirinovski zaman-zaman belə ağlasığmaz şərhlər verir. Amma bu dəfə o lap əndazədən çıxıb. O paylaşdığı xəritədə tarixi gerçəkləri saxtalaşdırmaqla yanaşı, Kürdüstan dövlətinin yaradılması ideyasını dəstəkləyir. Kürdüstan dövlətinin tərkibinə isə Cənubi Azərbaycanın böyük bir hissəsi qatılır, kiçik bir hissə də Şimali Azərbaycana verilir. Əvvəla, dünya Jirinovskinin xəstə təxəyyülü ilə idarə olunmur. İran qədim dövlətdir və onun qədim dövlətçilik ənənələri var. İranla ABŞ arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqlarının bir çoxuna da İrandakı rejimin dini xarakterli olması əsas səbəbdir. Doğrudur, ortada nüvə silahına yiyələnmək, ballistik raketlər əldə etmək və s. bu cür məsələlər də var. Amma ABŞ-ı hazırda ən çox maraqlandıran İrandakı rejimin dəyişdirilməsidir. ABŞ buna nail ola bilər”.
Politoloq vurğulayıb ki, Jirinovskinin ABŞ-ın sanki bıçaqla böyük dövlətin ərazisini bölüb, onu ürəyi kimə istəsə, pay edəcəyini deməsi gülüncdür:
”Belə ideyaya əhəmiyyət vermək lazım deyil, amma əlbəttə, onun nə qədər gülünc olduğunu açıb göstərməliyik. Hazırda İranda 35 milyon azərbaycanlı yaşayır. İran ərazisinin ən azı 40%-i azərbaycanlıların və türkmənlərin payına düşür. Burada türkmənlər azərbaycanlılardan azdır. Son zamanlar isə kürdlər Qərbi Azərbaycanda Urmiya və digər ərazilərə nüfuz edərək torpaq alırlar. Onlar sadəcə genişlənməyə çalışırlar. Amma bu o demək deyil ki, orda yaşayan azərbaycanlılar Azərbaycana məxsus tarixi ərazilərin kürdlər tərəfindən qəsb edilməsinə dözərlər. Azərbaycanlıların böyük hissəsi Azərbaycan dövlətindən kənarda, tarixi ərazilərimizdə yaşayırlar”.
Politoloqun sözlərinə görə, İran nə qədər rəngarəng, mozaik qövmlərin və etnosların mərkəzi olsa da, bu ölkənin taleyi iki etnosun - azərbaycanlıların və farsların bir-birinə münasibətindən qırılmaz surətdə asılıdır:
“İranın nüvə dövləti olmağa çalışması və İranda molla rejiminin hakimiyyətdə olması çoxlarını narahat edir. Hamı istəyərdi ki, İran nüvə silahından deyil, elmi-texniki tərəqqinin nailiyyətlərindən öz xalqının rifahını qaldırmaq üçün istifadə etsin. Dini rejim deyil, dünyəvi rejim ölkədə bərpa olunsun. Bu məsələni ABŞ güc yolu ilə həll etmək istəyir, ancaq bu o qədər də asan başa gələsi iş deyil”.
Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yayıb. Jirinovski bununla bağlı öz Tvitter səhifəsində xəritə yerləşdirib. O, bu xəritəni 20 il öncə hazırladığını deyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar