Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan nümayəndə heyəti İstanbula səfərə gedib

Baxılıb: 665     Tarix: 20-05-2018 13:47   

Azərbaycanın müharibə qaziləri və hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət heyətin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb. Qanunvehedef.az xəbər verir ki, ilk öncə İstanbulun Sarıyer bölgəsində ulu öndər Heydər Əliyevin adına salınmış parka gələn nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad edib. Ziyarətdən sonra nümayəndə heyəti İstanbulda təşkil olunan “Atatürkü Anma Gənclik və İdman Bayramı”na qatılıb. Bayram tədbirində Türkiyə Silahlı Qüvvələrinin, İstabul Qarnizonun komandiri, ordu generalı Musa Avsevər, İstanbul valisi Vasip Şahin, İstanbul Bələdiyyəsinin sədri Mevlüt Uysal və digər şəxslər iştirak edib. Tədbirdən sonra İstabul Qarnizonun komandanı ordu generalı Musa Avsevər, İstanbul valisi Vasip Şahin Azərbaycandan gələn heyətlə görüşüb. İstanbul valisi Vasip Şahinə xatirə hədiyyəsi təqdim edilib.
 
Xatırladaq ki, səfər Azərbaycan Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Görüşlər davam edir.шаблоны для dle 11.2