Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkarlandı

Baxılıb: 581     Tarix: 22-05-2018 14:27   
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.
 
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, aşkar olunan tırtıllar Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub.
 
 
Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər (Lepidoptera Yelkənciklər – Papilinoidae) dəstəsinə aiddir.
 
 
Bu kəpənəklər daha çox Rusiyanın Volqoqrad əyalətində yayılıb. Meşə və meşə ətrafı, bataqlıq və çay kənarları, becərilməyən, tərk edilmiş ərazilərdə müşahidə olunur və alaq otları üzərində yaşayıb çoxalırlar.  
 
 
İl ərzində iki nəsil verir. Birinci nəsil may ayının ortalarından başlayaraq iyun ayının ortalarına qədər, ikinci nəsil isə iyun ayının II yarısından avqust ayının ortalarına qədər davam edir. Quru yamaclarda və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələrdə yaşayan kəpənəklər mayın sonu, iyunun əvvəllərində uçur. Yumurtaqoyma iyunda başlayır, tırtıllar iyulda endemik çətirçiçəklilərə mənsub olan bitkilər üzərində inkişaf edirlər.
 
 
Gizli həyat tərzi keçirən kəpənəklər gecələr qidalanır, gündüzlər isə bitkinin uzun silindr şəkilli yarpaqlarının qınlarında gizlənirlər. Əsasən pup halında çimlik ərazilərdə qışlayırlar.
 
 
Maxaon kəpənəyi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında “Qırmızı kitab”da qeydiyyatda olduğu üçün, onlara qarşı mübarizə aparmaq qadağandır. Hazırda təbiətdə bu növün 9 ərazidə qorunması tədbirləri aparılır. Bu həşəratlar Cənub-Şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.machaon L.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlarda geniş yayılıblar.
 
 
Kəpənəyin tırtılları kök, şüyüd, cəfəri, kələm və digər mədəni bostan tərəvəz bitkiləri ilə qidalanırlar.
 
 
Maxaon kəpənəyinin nadir növ olduğunu nəzərə  alaraq, həyətyanı sahələrində bu kəpənəyin tıtılları müşahidə edilən vətəndaşlardan xahiş edirik ki, tırtılla tərəfindən vurulan ziyanın qarşısını almaq məqsədilə onları əl ilə ehtiyatla yığaraq sahələrdən kənarda təbiətə buraxsı
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar