Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dövlət agentliyi uçan körpü ilə bağlı məlumat yaydı

Baxılıb: 839     Tarix: 03-06-2018 15:00   

Ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qanunvehedef.az-a verilən məlumata görə, uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birgə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib. Uçmuş hissənin uzunluğu təqribən 14-15 metr təşkil edir.
 
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar