Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xarici ekspertlər Bakıya gətirilir: Baş Plan

Baxılıb: 1 250     Tarix: 03-06-2018 17:12   

Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.
Bu barədə Musavat.com-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Məlumata görə, qiymətləndirmə başa çatdıqdan sonra Bakı şəhərinin Baş planının hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.
Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Qeyd edək ki, 2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanıb. “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmamış, sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir.шаблоны для dle 11.2