Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Diqqət: Bu şəxslər müsabiqəsiz işə qəbul olunacaqlar

Baxılıb: 848     Tarix: 04-06-2018 10:10   

Dövlət İmtahan Mərkəzi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan şəxslərə müraciət edib.
DİM-in mətbuat xidmətindən Qanunvehedef.az -a verilən xəbərə görə, dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.
“Dövlət qulluğu haqqında” qanunun 28.1-ci maddəsinə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.
Yuxarıda göstərilənlərə uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.
Qeyd edilənlərə əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar