Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazir açıqladı: Türkiyə PKK-nın beşiyinə girir

Baxılıb: 855     Tarix: 04-06-2018 15:55   
Qəndil bizim üçün artıq uzaq hədəf deyil.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“Şimali İraq bölgəsində Hakurk xəttində bir çox nöqtəyə qədər böyük bir məsafə ələ keçirildi. Millətimiz “Qəndil necə olacaq?” deyə bir problem barədə düşünməsin. Bizim üçün hazırda düzgün zamanı müəyyən etmək önəmlidir. Qəndil Türkiyə üçün təhlükəsiz bir yer halına gətiriləcək. Heç kim narahat olmasın”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Qəndil bölgəsinin mərkəzindən cəmi 22 kilometr məsafədə qərarlaşdığı barədə açıqlama yayılmışdı.



{sape_links}{sape_article}