Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Yeni təyin olunan nazirimizdən tələbələrə ŞAD XƏBƏR

Baxılıb: 899     Tarix: 25-04-2018 16:00   


Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib.
Qanunvehedef.az xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir:
"Növbəti tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu da təmir ediləcək".



{sape_links}{sape_article}