Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bakıda “Birgə gələcək qururuq” sammiti

Baxılıb: 822     Tarix: 07-06-2018 15:45   

Azərbaycan paytaxtında Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının Şura iclası və zirvə toplamtısı keçiriləcək
 
Bakıda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyasınsının (The Alliance of Conservatives and Reformists in Europe -ACRE) Şura iclası və “Birgə gələcək qururuq” adlı sammiti keçiriləcək.
Qanunvehedef.az-ın məlumatına görə, iyunun 8-də keçiriləcək Şura iclası ACRE-yə üzv olan partiyaların toplantısıdır və bu toplantıda ənənəvi olaraq təşkilati məsələlər müzakirə olunur.
“Birgə gələcək qururuq” adlı Bakı sammiti isə iyunun 9-da saat 09:00-da, “Fairmont” otelinin konfrans zalında öz işinə başlayacaq. Sammitdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəsmi şəxsləri, Azərbaycan hökumətinin, Milli Məclisin, Avropa Parlamentinin,  Avropa ölkələrinin milli parlamentlərinin üzvləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.
Sammit açılış hissəindən və 6 paneldən ibarət olacaq. Panellərdə müvafiq ardıcıllıqla enerji təhlükəsziliyi, iqtisadi azadlıqlar, rəqəmsal iqtisadiyyat, nəqliyyat daşınmaları, təhsil, yerli idarəetmə ilə bağlı məsələlər müzakirə olunacaq.
 
 
Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (The Alliance of Conservatives and Reformists in Europe - ACRE) 2010-cu ildə yaradılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 33 ölkədən olan 38 üzv və tərəfdaş siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları ACRE-nin regional tərəfdaşlarıdır.
Alyansın üzvü olan partiyalar Avropanın bir sıra ölkələrində hakimiyyət partiyalarıdır. Bu sırada Böyük Britaniyanın Mühafizəkarlar, Türkiyənin Ədalət və İnkişaf, Polşanın Hüquq və Ədalət partiyalarını qeyd etmək olar.
ACRE Avropa Parlamentində 71 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. ACRE-nin təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse-prezidentidir.
Alyansın prezidenti Jan Zahradil Çex Respublikasından Avropa Parlamentinin üzvüdür.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar