Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Moskva-Bakı aviareysi hansı səbəbdən təxirə salındı?

Baxılıb: 859     Tarix: 17-06-2018 18:50   

Bazar gününə keçən gecə Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya ləğv olunub.
Report xəbər verir ki, onların arasında gecə saatlarında Moskvadan Bakıya yerinə yetirilməli olan təyyarə reysi də var.
Gecə saat 01:40 radələrinə qədər ümumilikdə Vnukovo aeroportunda 5 aviareys, Domodedovoda, Moskva-Bakı aviareysi də daxil olmaqla 14 reys, Şeremetyevoda isə 6 reys təxirə salınıb və ya ləğv olunub.
Lakin yarım saatdan sonra təxirə salınan və ya ləğv olunan aviareyslərin sayı artıb. Bakı vaxtı ilə 02:20-yə olan məlumata görə, Domodedovo hava limanında 14 reys gecikmə ilə uçub, ikisi ləğv olunub, Vnukovoda 8 reys gecikib və 3-ü ləğv olunub, Şeremetyevodan isə 8 reys uça bilməyib.
Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.



{sape_links}{sape_article}