Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəzərdə başqa ölkələrin hərbi mövcudluğu qadağan edilir

Baxılıb: 839     Tarix: 22-06-2018 19:30   

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın iştirakçıları bu sənədə tərəf olmayan ölkələrin silahlı qüvvələrinin Xəzər dənizində mövcud olmaması prinsipinə sadiq qalmalıdır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu məqam Konvensiya layihəsində əksini tapıb. Layihə Rusiya hökuməti tərəfindən təsdiqlənib.
Layihədə bildirilir ki, Xəzər dənizində sahilyanı ölkələrin fəaliyyəti ərazi bütövlüyü, suverenliyə hörmət, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında tənzimlənəcək.
Tərəflər Xəzər dənizindən sülh məqsədilə istifadə edəcəklər, problemləri sülh yolu ilə qaydasına salacaqlar, Xəzərdə silahlanma balansını qoruyacaqlar, hərbi quruculuğu Konvensiyanın bütün tərəflərinin maraqları nəzərə alınmaqla, məqbul ölçüdə həyata keçirəcəklər.
Tərəflər öz ərazilərini Konvensiya ölkələrinə qarşı təcavüz və hərbi əməliyyat məqsədilə açmayacaqları barədə öhdəlik götürüblər.



{sape_links}{sape_article}