Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İranın DİN başçısı: Azərbaycanla sərhəddə baş verənlər...

Baxılıb: 828     Tarix: 02-07-2018 13:39   

Azərbaycan və İran dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin sərhədlərində heç bir problem yoxdur.
Bunu APA-ya açıqlamasında İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib.
Ə. Rəhmani Fəzli iki ölkənin sərhəd bölgələrində əməkdaşlığın davam etdirilməsindən danışaraq bildirib ki, sərhədlər təhlükəsiz və açıqdır: “Sərhədlərimizdə qanunsuz gediş-gəliş və qaçaqmalçılıq baş vermir”.
Nazir əlavə edib ki, hər iki ölkənin sərhədçiləri arasında davamlı görüşlər keçirilir: “Bu sahədə heç bir narahatlıq yoxdur. Əlbəttə, sərhədlərdə bəzi hadisələr baş verir, lakin qarşısı alınır”.
Ə. Rəhmani Fəzli iyunun 21-də sərhəddə baş vermiş hadisəyə də toxunub. O qeyd edib ki, bu hadisə Azərbaycan ərazisində baş verib:
“Lakin Sərhəd Qoşunlarına göstəriş vermişəm ki, bu məsələni dəqiq araşdırsınlar və mənə rəsmi hesabat təqdim etsinlər. Məsələnin mahiyyəti bundan sonra müəyyən olunacaq. Hələlik isə görünən odur ki, bu hadisə Azərbaycanın ərazisində baş verib”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar