Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Əliyev Paşinyana növbəti mesajı verdi - Deputat

Baxılıb: 895     Tarix: 10-07-2018 16:50   

Əslində, Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyini bir daha sülhə dəvət etdi.
Bunu Qanunvehedef.az-a İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışı ilə bağlı danışan millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycana təcili sülh lazımdır:
“Azərbaycanın çox mühüm strateji layihələri var və bunlar bölgədə sabitlik, əmin-amanlıq tələb edir. Prezident İlham Əliyev hazırda ağır vəziyyətdə olan Ermənistana bu vəziyyətdən yeganə çıxış yolunu göstərdi. Bu sülh və normal qonşuluq münasibətləri yoludur. Ermənistanın cinayətkar rejimi dəyişilib və hakimiyyətə yeni rəhbərlik gəlib. Paşinyanın Ermənistanı xilas etməsinin yeganə yolu məhz sülhdən keçir. Bunun üçün də Azərbaycan Prezidenti Ermənistanın yeni rəhbərliyini sülhə dəvət edərək İrəvanı bu istiqamətində zəruri addımlar atmağa dəvət etdi”.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın yeni hökumətinin kriminal rejimin səhvlərini təkrarlamayacağına, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacağına ümid etdiyini bildirib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar