Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi - Foto

Baxılıb: 717     Tarix: 18-07-2018 09:55   

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
***
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iyulun 18-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşılayıb.
Prezident İlham Əliyev və Prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.шаблоны для dle 11.2